Bəzi məktəblərdə ibtidai sinif müəllimlərinin sayı olduqca artıqdır.
“Report” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, hələ də 6 saata qədər dərs deyən 1279 ibtidai sinif müəllimi var: "Məsələn, Astarada 365 ibtidai sinif var və orada 676 müəllim işləyir. Bu da o deməkdir ki, həmin müəllimlərin sayı olduqca artıqdır. Biz həmin müəllimləri işdən çıxarmaq fikrində deyilik. Sadəcə, bu qədər say çoxluğu onların dərs saatına təsirsiz ötüşmür. Bu səhvi kimin nə vaxt etməsi suallar doğuran məqamlardır. Belə məktəblərin sayı yüzlərlədir. Müəllimlərin işə qəbulu sisteminin elektronlaşdırılması ilə zamanla bu kimi problemlərin qarşısını ala biləcəyik. MİQ-ə təqdim olunan vakant yerlərlə bağlı miflər var".