Elm və təhsil naziri: "Müəllimə qızıl hədiyyəsi vermək ayıbdır"

Elm və təhsil naziri: "Müəllimə qızıl hədiyyəsi vermək ayıbdır" "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. O bildirib ki, qızıl hədiyyəsi düzgün deyil.
Elm və təhsil
30 Noyabr , 2023 17:20
Elm və təhsil naziri: Müəllimə qızıl hədiyyəsi vermək ayıbdır

"Müəllimə dəyər vermək lazımdır, bunu açıqca və ya gül dəstəsi ilə etmək olar".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qızıl hədiyyə vermək düzgün deyil:

"Biz hədiyyə məsələsinə yalnız şikayət olacağı təqdirdə müdaxilə edə bilərik. Amma bütün valideynlərə təzyiq göstərə bilmərik. 8 Mart - Beynəlxalq Qadınlar Bayramı ərəfəsində valideynlərə müraciət etdim ki, müəllimə, pul verməyin. Amma nə müşahidə etdik? Valideynlər yenə də hədiyyə verdi. Hesab edirəm ki, valideynlərdə davranış mədəniyyəti hələ də tam formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz. Müəllimə hansısa məclisdə qızıl verirlərsə nazir olaraq bunun qarşısını necə ala bilərəm? Müəllimə diqqət göstərmək ayıb deyil, açıqça, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik".

Son xəbərlər

Orphus sistemi