“Həftəsonları ictimai nəqliyyatın işləməməsi və şənbə günləri ilə bağlı bütün məktəblərə sorğu göndərərək araşdırma aparmışıq”.
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
“Sorğuların cavabında görünən ondan ibarətdir ki, bu ciddi problem deyil. Bir çox hallarda əsasən kənarlarda olan məktəblərimizə uşaqlar ictimai nəqliyyatla getmirlər, onların əksəriyyəti həmin icmanın ətrafında yaşayan insanlardır.
Hansısa istisna hallar olarsa, bunu biz müəssisə bazasında həll edə bilirik. Ümumilikdə ictimai nəqliyyatla bağlı məsələ ciddi problem deyil. Bizim altı gün işləyən məktəblərimizin də sayı bir o qədər çox deyil. Biz yalnız Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın məhdudlaşdıırlmasından danışırıq”, - nazir vurğulayıb.