Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.
Nazir xatırladıb ki, məktəb 960 şagird yerlik olacaq.
Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.