Nobel Fondu bütün kateqoriyalar üzrə Nobel mükafatının məbləğini ötən illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 90 min dollar) artıracaq.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin sonunda Nobel Fondunun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard krondan (təxminən 519 milyon dollar) bir qədər az olub. Məlumata görə, builki qaliblər oktyabrın 2-dən elan olunmağa başlayacaq. Oktyabrın 2-dən 9-dək müxtəlif sahələr üzrə Nobel mükafatçılarının elan olunacağı Stokholm və Osloda Nobel Həftəsi keçiriləcək.