Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzi ndən "Report"a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 15-də saat 13:45-dən etibarən
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat
Təhsil forması
|
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma faizi |
||
Azərbaycan bölməsi |
Rus bölməsi |
Bölmələr üzrə cəmi |
|||
Dövlət ödənişsiz |
4215 |
4036 |
120 |
4156 |
98.58 |
Dövlət ödənişli |
5075 |
4634 |
66 |
4700 |
92.59 |
Özəl |
595 |
442 |
12 |
454 |
76.30 |
Cəmi |
9885 |
9112 |
198 |
9310 |
94.16 |
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat (xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə)
Təhsil forması
|
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma faizi |
||
Azərbaycan bölməsi |
Rus bölməsi |
Bölmələr üzrə cəmi |
|||
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar |
8238 |
7619 |
152 |
7771 |
94.31 |
Xüsusi qabiliyyət tələb edən ixtisaslar |
1647 |
1493 |
46 |
1539 |
93.44 |
Cəmi |
9885 |
9112 |
198 |
9310 |
94.16 |
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2020-ci il sentyabrın 16-dan 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər.
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı kolleclər tərəfindən onlayn qaydada həyata keçirilir.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.