Ötən il ali məktəblərə qəbul üzrə müsabiqə vəziyyəti aşağı olub

Ötən il ali məktəblərə qəbul üzrə müsabiqə vəziyyəti aşağı olub 1992–2019-cu illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.83 dəfə, abituriyent ərizələrinin sayı subbakalavrlarla birlikdə 2.07 dəfə artıb.
Elm və təhsil
8 Sentyabr , 2020 16:48
Ötən il ali məktəblərə qəbul üzrə müsabiqə vəziyyəti aşağı olub

1992–2019-cu illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.83 dəfə, abituriyent ərizələrinin sayı subbakalavrlarla birlikdə 2.07 dəfə artıb.

"Report" xəbər verir ki, illər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub.

Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb.

Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2019-cu ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir.

Qeyd edək ki, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə mənfi təsir göstərir, ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olur.

Son xəbərlər

Orphus sistemi