"Bakıda övladını məktəbə göndərməyərək iltizam yazan valideynlərin göstəricisi 3-4%-dən çox deyil".
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.
Onun sözlərinə görə, ümumilikdə paytaxt üzrə şagirdlərin davamiyyəti 95% təşkil edir.