Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına əsas və əlavə yerləşdirmədən sonra qəbulun nəticələri haqqında statistik məlumatlar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən bu il 10337 (Azərbaycan bölməsi üzrə 9423, rus bölməsi üzrə 914) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub.
Qəbul olunanlardan 3770 nəfəri dövlət sifarişi, 6567 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Dövlət İmtahan Mərkəzinin kollektivi adından magistr adını qazanan bütün tələbələri təbrik edirik. Əminik ki, yüksək bilik və bacarığa malik, intellektual gənclər ordusu sıralarını zənginləşdirən magistrlər gələcəkdə Azərbaycan elminin inkişafına öz töhfələrini verəcəklər.
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11135 yerin 92.83 %-i dolub. Bu son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.4%, 2019-cu ildə isə 78.1% olub.
Magistraturaya qəbul 75 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, neft-qaz mühəndisliyi, hidrometerologiya, geodeziya və xəritəçilik mühəndisliyi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası, turizm, riyaziyyat, dağ-mədən mühəndisliyi, mexanika, biologiya, coğrafiya, torpaqşünaslıq və aqrokimya, balıqçılıq, bədən tərbiyəsi, əczaçılıq, MBA, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi, çoxişlənən malların texnologiyası mühəndisliyi, aktyor sənəti və xüsusi təyinatlı ixtisaslara uyğun olan 2, 12, 17, 20, 21, 22, 28, 29, 30, 33, 34, 35, 52, 54, 55, 56, 57, 60, 63, 64, 65, 71, 72, 74 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı kitabxanaçılıq, dinşünaslıq və xoreoqrafiya sahələrinə aid 45, 51, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 40%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı məlum idi.
Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.
Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Azərbaycan Bakı Biznes Universitetində, Bakı Qızlar Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Kooperasiya və Odlar Yurdu Universitetlərində plan yerləri 95% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstituna (37.5%) aiddir.
Qeyd: Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 18-dən 25-dək