“Qaliblər düşərgəsi”nin iştirakçıları maraqlı və əyləncə dolu bir həftəlik proqramı artıq geridə qoyublar.
Dövlət Miqrasiya Xidmətindən "Report"a bildirilib ki, onların asudə vaxtlarının səmərəli təşkili və xalqımızın tarixini özündə daşıyan eksponatlar, qayaüstü rəsmlərlə tanışlığı məqsədilə həftə sonu Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunub.
Qaliblər Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələrinin təsvirlərinə baxıblar. Açıq səma altında fəaliyyət göstərən muzey iştirakçıların marağına səbəb olub.
Düşərgənin 7-ci günündə Qaliblər üçün “Kasap dönər” restoranında şam yeməyi də təşkil olunub.