Rektordan abituriyentlərə müraciət: Qarabağ Universitetini ilk sırada yazın

Rektordan abituriyentlərə müraciət: Qarabağ Universitetini ilk sırada yazın Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərə müraciət edib.
Elm və təhsil
9 İyul , 2024 17:14
Rektordan abituriyentlərə müraciət: Qarabağ Universitetini ilk sırada yazın

Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərə müraciət edib.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının xəbərinə görə, rektor jurnalistlərə açıqlamasında abituriyentlərə çağırış edərək deyib ki, ixtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar.

Ş.Bayramov bildirib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var.

“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olun. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”, - rektor vurğulayıb.

Son xəbərlər

Orphus sistemi