“Bir sıra universitetlərin mükəmməl olmasa da, onlayn kitabxanaları var. Amma ümumilikdə bu problem var”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda keçirilən onlayn tədbirdə deyib.
Onun sözlərinə görə, onlayn kitabxanaların yaradılması universitetlər tərəfindən həlli vacib olan məsələdir: “Azərbaycan dilində akademik nəşrlərimizin sayı bir o qədər çox deyil. Onların da elektronlaşdırılması aktual məsələdir. Söhbət təkcə kitabxanadan getmir. Universitetlərin hər hansı onlayn resursa çıxışından söhbət gedirsə, bu resurslara çıxış üçün özlərinin platformaları var. Onların imkanları var ki, dərs vaxtı mövcud fənnin kabinetində resursları yerləşdirə bilərik. Bir sıra universitetlərdə fənn kabinetində onlayn resurslardan istifadə edilir”.