ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 22-49 metrə qədər diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
İdarənin məlumatına görə, “2011 ES4” adı almış asteroid sentyabrın biri planetimizin yanından 120 milyon kilometr məsafədə, 8 km/s sürətlə keçəcək.
Asteroid 2011-ci ilin mart ayında kəşf edilib. Astronomlar onu Apollona - orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.