“Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində “Təhsil Avtobusu – Qayıdış” layihəsi Ağcabədi rayonunun şagirdləri üçün keçirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, layihənin açılış mərasimində Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın nümayəndələri, təlimçilər, BİR könüllülər, SABAH tələbələri iştirak edib.
Layihənin Ağcabədi rayonunda keçirilən günündə incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub.
Sumqayıt şəhərindən başlayan Təhsil avtobusu Ağcabədi rayonundan sonra Bərdə rayonuna səfər edəcək.
Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata
Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə 192 çox şagird əhatə ediləcək.
“Təhsil Avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, Vitam Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Spatrix, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” Tələbə-Könüllü proqramı, Kids Inc., proqramı, SABAH qrupları, Edumap Təhsil portal tərəfdaşlığı ilə keçirilir.
Qeyd edək ki, “Təhsil Avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur və 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil Avtobusu” yay məktəbi nəticəsində 8500 km yol qət edilib, Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 750-dən çoxşagird cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.