"Tez-tez verilən suallardan biri də ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlıdır".
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
"Tez-tez yazırlar ki, xahiş edirik ali təhsil müəssisələrində əyani təhsilə keçin. Vurğulamaq istəyirəm ki, bu, istək məsələsi deyil, daha çox mümkünlük məsələsidir. Bu, şəxsi istəyə bağlı məsələ deyil. Biz daha çox pandemiyanın dinamikasını izləyirik və ilkin mümkün vəziyyətdə çalışırıq ki, dərsləri bərpa edək", - nazir əlavə edib.