"Bütün işlər planlaşdırıldığı kimi davam etsə, ilin sonuna qədər ölkə üzrə modul tipli məktəblərin inşası yekunlaşacaq".
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bununla da kiçikhəcmli məktəblərin şəraiti yaxşılaşacaq: "Söhbət şagird sayı 100-ə qədər olan məktəblərdən gedir. Digər məktəblərin təmiri və ya inşası istiqamətində də işlər davam edir. Bu il daha çox layihələndirmə olmaqla növbəti illərdə maksimal sayda məktəblərin təmiri nəzərdə tutulub. Bu il investisiya ilə bağlı birinci mərhələdə 105 milyon, daha sonra isə 57 milyona yaxın vəsait ayrılacaq".