Təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfər edib.
"Report"un Qərb bürosunun məlumatına görə, nazir orada Zəyəm-Cırdaxan kənd C.Abıyev adına 2 saylı orta məktəbin açılışında iştirak edib, məktəblə tanış olub.
Açılış mərasimində bildirilib ki, yeni tikilmiş məktəb 432 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, çağrışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 216 nəfərlik akt zalı, idman zalı, kitabxana və 92 yerlik yeməkxana fəaliyyət göstərəcək.
Açılışdan sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, nazir daha sonra Tovuz rayonunda STEAM Mərkəzinin açılışında iştirak edəcək.