Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.
“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.
Qeyd edək ki, news24.az saytı fevralın 1-dən 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumat yayıb. İddia olunub ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.