Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetinin həyata keçirilməsi məqsədilə yaradılan "Təhsil" üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev feysbuk sosial səhifəsində paylaşım edib.
Nazir qeyd edib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində prioritetin hədəflərinə nail olmaq üçün təhsil pillələri üzrə 21-ci əsrin tələblərinə uyğun təhsil məqsədlərinin reallaşdırılmasına dair fəaliyyətlər haqqında məsləhətləşmələr və müzakirələr aparılıb.