Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları təsdiq edilib.
"Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilib.
Əmrin icrası nazir müavini Firudin Qurbanova həvalə olunub.