Təhsil Nazirliyinin təşkilatçılığı ilə Tərtər rayonuna mediatur təşkil edilib.
"Report"un Tərtər ezam olunan əməkdaşı xəbər verir ki, mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Bildirilib ki, mediaturun məqsədi 9 noyabr - Dövlət Bayrağı Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə “Bayraq yürüşü”nün keçirilməsi, erməni terroru nəticəsində yararsız hala düşən Şıxarx kənd 1 nömrəli modul tipli tam orta məktəbin açılışı və məktəbin həyətində ağac əkilməsi, həmçinin Tərtər rayonu üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüşün keçirilməsidir.
Mediatur iştirakçıları əvvəlcə Tərtər şəhərinin girişindən Bayraq meydanına doğru yürüş ediblər.