Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsinə təyin edilən Yaşar Ömərov kollektivə təqdim olunub.
"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rektoru kollektivə elm və təhsil nazirinin müavini İdris İsayev təqdim edib. İ.İsayev Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.
Təqdimat çərçivəsində nazir müavini ATU professorlarının təkliflərini dinləyib.