"44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Türkiyə ilə təhsil və digər sahələrdə yeni iş birliyi daha da sürətlənəcək".
“Report” xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Ziya Səlçukla görüşündə deyib.
Onun sözlərinə görə, hazırda Türkiyədə 23 min azərbaycanlı tələbə təhsil alır: "Azərbaycandan xaricə göndərilən tələbələrin sayına görə Türkiyə birinci yerdədir".