Ali təhsilin dövlət standartları və proqramı müəyyənləşdiriləcək.
“Report”un əldə etdiyi məlumata görə, bu, “Ali təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantında öz əksini tapıb.
Yeni maddəyə əsasən, ali təhsilin təşkili, ali təhsil müəssisəsində iaşə və tibbi xidmət qaydası müəyyənləşdiriləcək.
Qeyd edək ki, sabah – yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında “Ali təhsil haqqında” yeni qanunun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun təklifləri dinləniləcək.
Toplantıda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin məsul şəxsləri, ali təhsil müəssisələrinin rektorları və təhsil ekspertləri iştirak edəcək.