Məktəbdənkənar təhsil müəssisələrində maskadan istifadə valideynlərin və ya digər qanuni nümayəndələrinin seçimində olacaq.
"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.
Qərara əsasən, həmin müəssisə maskadan istifadə ilə bağlı valideynlərin və ya digər qanuni nümayəndələrinin seçiminə verilən qurumların sırasına əlavə edilib
Qeyd edək ki, əvvəlki qərarla təhsil alanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilirdi, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburi idi.