2020-2021-ci tədris ilində xaricdə təhsil almaq hüququ qazanan şəxslərin sayı açıqlanıb.
"Report" xəbər verir ki, həmin tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 5, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 234 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Eyni zamanda 2020-2021-ci tədris ili üzrə Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.