“YAŞAT” Fondu 94 tələbənin təhsil haqqını ödəyib

“YAŞAT” Fondu 94 tələbənin təhsil haqqını ödəyib "Bu günə qədər “YAŞAT” Fondu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciəti təmin edib".
Elm və təhsil
24 İyun , 2022 11:36
“YAŞAT” Fondu 94 tələbənin təhsil haqqını ödəyib

"Bu günə qədər “YAŞAT” Fondu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciəti təmin edib".

"Report" xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri 254 637.99 manat vəsaiti qarşılanıb: "Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişini Fond, 72 şəxsin isə ödənişini Fondun təşəbbüsü ilə təhsil müəssisələri qarşılayıb".

"Ötən tədris ilində rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. İndiyə qədər 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb.

Bu günədək “YAŞAT” Fondunun iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. Bununla yanaşı, “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group”, “Data Science Academy” və “Mars Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub", - Fondun rəhbəri əlavə edib".

Son xəbərlər

Orphus sistemi