"Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş "Yay məktəbi" layihəsi artıq yekunlaşıb".
"Report" xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev feysbuk hesabında paylaşım edib.
O qeyd edib ki, pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən “Yay məktəb”ləri ictimaiyyət tərəfindən də müsbət qarşılanıb: ""Yay məktəbi"ndə ümumilikdə ölkə üzrə 3136 məktəb, 27 4742 nəfər şagird və 59 420 nəfər müəllim iştirak edib. Bu təşəbbüsdə fəallıq göstərən bütün təhsil işçilərinə bir daha təşəkkür edirəm".