“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlayıb

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlayıb “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb.
Elm və təhsil
18 May , 2024 10:29
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlayıb

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb.

"Report"un məlumatına görə, müsabiqəsinin İşçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, qabiliyyət imtahanı 4 sessiya olmaqla 2 gün keçiriləcək.

Onun sözlərinə görə, sessiyalar Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Elm və Təhsil Nazirliyinin tabeliyində olan 161 nömrəli tam orta məktəb və 263 nömrəli tam orta məktəbdə baş tutur: "Suallar verbal, rəqəmsal və abstrakt təhlil olmaqla 3 blok üzrə hazırlanıb".

Fərhad Hacıyev qabiliyyət imtahanının nəticələrinin doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşacaq T-bal şkalası ilə hesablanacağını diqqətə çatdırıb: "Bu qiymətləndirmə metodu beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) istifadə edilir və Azərbaycanda ilk dəfə “Yüksəliş” müsabiqəsində tətbiq edilib. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.
Qabiliyyət imtahanının nəticələri bütün imtahan sessiyaları bitdikdən sonrakı 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək”.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü "Yüksəliş müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Son xəbərlər

Orphus sistemi