“44 günlük Vətən müharibəsi zamanı Can Azərbaycanla birlikdə olduq. Bütün dünyaya birlikdə olduğumuzu göstərdik”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin milli təhsil naziri Ziya Selçuk deyib.
"Bu gün bir çox yerləri ziyarət etdik və mən hiss etdim ki, qəlbimizdə Azərbaycanın yeri tam başqadır. Bizim hələ çox işimiz var”, - Z.Selçuk qeyd edib.