2020-ci il ərzində Azərbaycanda ümumilikdə 12 milyard kubmetr təbii qaz istehlak olunub.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2020-ci il üzrə açıqlanan qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilir.
Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 3,7 % çoxdur.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 milyard kubmetr təşkil edib.