Türkiyənin “Abdülhamid Han” qazma gəmisi Şərqi Aralıq dənizindəki “Taşucu-1” sahəsində işlərə başlayıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlətə məxsus TPAO şirkəti məlumat yayıb.
“Türkiyənin enerji müstəqilliyi və ölkənin mövqeyinin gücləndirilməsi naminə çalışmalarımızı davam etdiririk”, - TPAO-nun tviterdəki paylaşımında deyilir.
“Abdülhamid Han” Türkiyənin qazma donanmasının dördüncü və ən müasir gəmisidir.
İki qülləli yeddinci nəsil gəminin uzunluğu 238 metr, eni isə 42 metrdir.
Qazma gəmisinin 200 nəfərlik heyəti var. Gəmi 12 200 metr dərinlikdə qazma işləri aparır.