ABŞ “Brent” neftinin qiymətlərinə dair proqnozunu artırdı

ABŞ “Brent” neftinin qiymətlərinə dair proqnozunu artırdı 2022-ci ildə “Brent” neftinin qiymətlərinə dair proqnoz 60 ABŞ dollardan 67 ABŞ dollaradək artırılıb
Energetika
8 İyul , 2021 17:41
ABŞ “Brent” neftinin qiymətlərinə dair proqnozunu artırdı

ABŞ Enerji Departamenti “Brent” markalı neftin 2021-ci ildəki orta qiymətinə dair proqnozunu 65,2 ABŞ dollarından 68,8 ABŞ dollarınadək artırıb.

“Report” xəbər verir ki, bu barədə qurumun Enerji Məlumatları Administrasiyasının (EIA) aylıq hesabatında bildirilir.

“İyun ayında “Brent” markalı neftin istinad qiymətləri orta hesabla 73 ABŞ dolları təşkil edib ki, bu da may ayına nisbətən 5 ABŞ dolları, ötən ilin müvafiq dövrünə nisbətən isə 33 ABŞ dolları çoxdur. Qarşıdakı aylar ərzində OPEC+ ölkələrinin neft hasilatının istehlakı üstələyəcəyini gözləyirik. Həmçinin hasilatın artması nəticəsində ötən ilin böyük hissəsində qeydə alınmış dünya neft ehtiyatlarının azalmasına son qoyaraq qiymətləri cari ilin ikinci yarısında da mövcud 72 ABŞ dolları səviyyəsində saxlayacağını da gözləyirik”, – deyə hesabatda qeyd olunur.

Bununla yanaşı, 2022-ci ildə “Brent” neftinin qiymətlərinə dair proqnoz 60 ABŞ dollardan 67 ABŞ dollarınadək artırılıb: “Bununla belə 2022-ci ildə OPEC+ ölkələrində hasilatın artması, ABŞ şistli yataqlarında da hasilat artımının sürətlənməsi başqa təkliflərinin də artması ilə bahəm dünya neft istehlakının artmasını üstələyərək neft qiymətlərinin azalmasına təkan verəcəklərini güman edirik”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 14:21-ə olan vəziyyətə görə, “Brent” markalı neftin sentyabr fyüçersləri 0,71 % ucuzlaşaraq 72,91 ABŞ dollarından, “WTI” markalı neftin avqust fyüçersləri də 1,07 % ucuzlaşaraq 71,45 ABŞ dollarından satılıb. Səhər saatlarında keçirilən hərraclarda isə hər iki marka 0,2-0,3 % ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi