ABŞ-da neft hasilatı üçdə bir həcmdə və ya gündəlik təxminən 3,5 milyon barel azalıb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi treyderlərə və məlumatlı mənbələrə istinadən bildirib.
Bu kəskin azalmanın səbəbi anomal soyuq havadır. Soyuq hava ABŞ-ın ən böyük neft emalı zavodlarını, xüsusən də Texasda olanları fəaliyyətlərini dayandırmağa məcbur edib. “Bloomberg” çərşənbə axşamına keçən gecə “Motiva” və “ExxonMobil” şirkətlərinin neft emalı zavodlarının fəaliyyətini müvəqqəti dayandırıldığını, Fransanın “Total” şirkətinin isə neft emalını minimuma endirdiyini və Port Arturdakı (Texas ştatı) neftayırma zavodunda emalı saxladığını açıqlayıb. Həmçinin “Occidental Petroleum” və “Chevron” şirkətlərinin də soyuq havadan əziyyət çəkdiyi bildirilir.