ABŞ-da neft-qaz qazma qurğularının sayı son 10 həftə ərzində ilk dəfə azalıb

ABŞ-da neft-qaz qazma qurğularının sayı son 10 həftə ərzində ilk dəfə azalıb ABŞ-dakı neft buruqlarının sayı keçən həftə 5 vahid azalaraq 231 ədədə düşüb
Energetika
23 Noyabr , 2020 16:21
ABŞ-da neft-qaz qazma qurğularının sayı son 10 həftə ərzində ilk dəfə azalıb

ABŞ-ın energetika şirkətləri son 10 həftə ərzində ilk dəfə işlək neft-qaz qazma qurğularının sayını azaldır. Bu proses istehsalçıların quyulara qayıtmasına və iyunun ortalarından bəri neft qiymətlərinin əsasən 40 dollar/bareldən yüksək olmasına baxmayaraq, baş verir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Baker Hughes” neft xidməti şirkətinin məlumatına görə, ABŞ-dakı neft buruqlarının sayı keçən həftə 5 vahid azalaraq 231 ədədə düşüb (keçən həftə bu rəqəm may ayından bəri maksimuma çatmışdı - red.). Qaz qurğularının sayı isə 76-ya çatıb (+3 ədəd). Bu, iyul ayından bəri ən yüksək səviyyədir.

ABŞ-ın neft sənayesi koronavirus pandemiyasından çox zərər görüb və nəticədə bu il yanacağa tələbat təxminən 12 % azalıb. Xərcləri azaltmaq istəyən operatorlar qazma işlərini azaldır, lakin son vaxtlar neft mədənləri şirkətlərinin daha aşağı xərclərindən istifadə etmək üçün qazma parkını genişləndiriblər.

ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, ABŞ-da şist neftinin hasilatı 2019-cu ilin noyabrında pik nöqtəyə çatıb və gündəlik 9,2 milyon barel təşkil edib. Ancaq bu göstəricinini 2020-ci ilin dekabrına qədər 7,5 milyon barel/günə qədər düşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi