ABŞ-da şist neft hasilatının artacağı proqnozlaşdırılır

ABŞ-da şist neft hasilatının artacağı proqnozlaşdırılır ABŞ-da dekabr ayında şist neft hasilatındakı artım noyabr ayına nisbətən sutkada 85 min barel artaraq 8,316 milyon barelə qədər çatacaq.
Energetika
16 Noyabr , 2021 06:12
ABŞ-da şist neft hasilatının artacağı proqnozlaşdırılır

ABŞ-da dekabr ayında şist neft hasilatındakı artım noyabr ayına nisbətən sutkada 85 min barel artaraq 8,316 milyon barelə qədər çatacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Agentliyinin (EIA) hesabatında deyilir.

Noyabr ayında şist neftinin faktiki hasilatı departamentin əvvəlki proqnozda gözlədiyi dəyərlərdən bir qədər yüksək olub və sutkada 8,219 milyon barel hesablamaya qarşı 8,231 milyon barel təşkil edib.

Hesabatda deyilir ki, bərpası çətin olan neftin cəmləşdiyi yeddi neftli bölgənin altısında hasilatın artımı gözlənilir. Ən böyük artım Perm hövzəsində proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi