ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu azaldıb

ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu azaldıb ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyası (EIA) 2050-ci ilə qədərki müddətdə “Brent” markalı neftin ən yüksək qiymətilə bağlı proqnozunu 173 dollardan 170 dollara endirib.
Energetika
4 Mart , 2022 16:41
ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu azaldıb

ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyası (EIA) 2050-ci ilə qədərki müddətdə “Brent” markalı neftin ən yüksək qiymətilə bağlı proqnozunu 173 dollardan 170 dollara endirib. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qurumun hazırladığı “Annual Energy Outlook 2022” (AEO 2022) hesabatına görə qiymətin təməl (orta) ssenarisinə dair proqnoz 95 dollardan 90 dollara, aşağı qiymətlə ssenarisinə dair proqnoz isə 48 dollardan 45 dollara endirilib. 

Sənədə görə, ABŞ-da hazırda tarixin ən yüksək səviyyəsi olan 11 milyon barelə yaxın olan gündəlik neft hasilatı 2030-cu ilə qədər orta ssenari ilə 13 milyon barelə çatıb, sonrakı 20 il ərzində həmin səviyyədə qalacaq.

Neft və qaz ixracatının yüksək ssenarisinə görə, 2050-ci ilə qədər gündəlik neft hasilatı 17,8 milyon barelə, illik qaz hasilatı da hazırkı 991 milyard kubmetrdən 1,5 trilyon kubmetrə çatacaq. Eyni zamanda koronavirus pandemiyasının yaxın gələcəkdə sözügedən sahəyə mühüm təsir edəcəyi də qeyd olunur.

2050-ci ilə qədər neft və qaz başlıca yanacaq növü qismində qalsa da, bərpa edilən enerji mənbələrinin də payının xeyli artacağı diqqətə çatdırılır. Belə ki, artıq ABŞ-ın elektrik enerjisi istehsalında kömür və nüvə stansiyalarının paynın azalması qeydə alınır.

Son xəbərlər

Orphus sistemi