Meksika körfəzinin sahillərinə yaxınlaşan "Laura" qasırğasına hazırlaşan ABŞ-ın neft şirkətləri Texas və Luizina ştatlarının sahilboyu ərazilərində hasilatı azaldaraq neftayırma müəssisələrinin fəaliyyətini dayandırır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, indiyə qədər regiondan 310 dəniz hasilatı qurğusu təxliyə olunaraq gündəlik 1,56 milyon barel həcmində hasilat işləri dayandırılıb.
Bu da şelf yataqlarındakı hasilatın 84%-i deməkdir. 2005-ci ildə Katrina qasırğası ərəfəsində isə hasilatın 90%-ə yaxını dayandırılmışdı.
Texas və Luizina hakimiyyət orqanları sahilboyu ərazilərdəki əhalini içəri bölgələrə köçməyə çağırıblar. Belə ki, bu gün gecə, yaxud cümə axşamı səhər saatlarında sahilə çatacağı gözlənilən "Laur"a qasırğası zamanı küləyin 185 km/saatadək güclənə biləcəyi bildirilir.
Bundan əvvəl Missisipi və Luizinada, habelə Texasın 23 qəzasında fövqəladə vəziyyət elan edilmişdi.