ABŞ-ın nəhəng neft kəməri operatoru “Colonial Pipeline” kiberhücuma məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb.
Şirkət mayın 7-də kiberhücuma məruz qaldığını öyrənib: “Buna cavab olaraq, təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi bəzi sistemləri söndürmüşük”.
“Colonial Pipeline” nəticədə boru kəməri ilə bağlı bütün əməliyyatların müvəqqəti olaraq dayandığını bildirib.
Şirkətdən qeyd ediblər ki, insident barədə ABŞ rəsmilərinə məlumat verilib və şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri araşdırmalara başlayıblar.