ABŞ administrasiyası dünya bazarında neftin bahalaşması ilə mübarizə aparmaq üçün OPEC+ alyansını hasilatı artırmağa çağıracaq.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilir.
Bəyanatda həmçinin deyilir ki, Prezident Co Baydenin administrasiyasının üzvləri bu həftə Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələrin nümayəndələri ilə danışıblar. Ağ Ev hesab edir ki, hasilatın gündəlik 400 min barel artırılması ilə bağlı bu il iyulun 18-də əldə edilmiş razılıq “qlobal bərpanın son dərəcə vacib” məqamı üçün “sadəcə kifayət deyil”.