"Uzun illərdir Azərbaycan strateji və ticarət tərəfdaşları ilə birgə dayanıqlı enerji infrastrukturu yaradıb".
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ADA Universitetində "Regional enerji təhlükəsizliyi" mövzusunda keçirilən simpoziumda çıxış edərkən deyib.
Cənub Qaz Dəhlizinin tikintisini başa çatdırmaları münasibətilə SOCAR və BP-ni təbrik edən səfir bu layihənin qarşıdakı onillər boyu Avropanın enerji təhlükəsizliyini dəstəkləyəcəyini bildirib: “Cənub Qaz Dəhlizi Azərbaycanı və SOCAR-ı bir çox müttəfiqlərimiz və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyi baxımdan öncül mövqeyə çıxardır”.
Amerikalı diplomat Avropaya və başqa regionlara enerji daşıyıcıları tədarükü sahəsində Cənub Qaz Dəhlizi layihəsini və Azərbaycanı dəstəkləməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.