Aprelin 16-da başa çatan həftəlik dövrdə ABŞ-a Səudiyyə Ərəbistanından neft idxalı təxminən iki dəfə artaraq gündəlik 358 min barelə çatıb.
“Report” xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Agentliyinin (EİA) məlumatlarından görmək olar.
Bu baxımdan minimum idxal həcmi yanvarın 1-də bitən həftədə qeydə alınıb. O zaman ABŞ-a Səudiyyə Ərəbistanından neft idxalı son 35 ildə ilk dəfə 0 səviyyəsində olub. Maksimum idxal həcmi - gündəlik 2,047 milyon barel neft – isə 2012-ci ilin ilk həftəsində qeydə alınıb.
Həmçinin EİA-nın aylıq məlumatlarına əsasən, Səudiyyə Ərəbistanı 2020-ci ilin fevral ayında 7,362 milyon barel təchizatla ABŞ-ın ən böyük neft və neft məhsulları tədarükçüləri sıralamasında beşinci yerdən dördüncüyə yüksəlib. Yalnız neftlə əlaqədar sıralamada isə Səudiyyə Ərəbistanı üçüncü yeri tutub.