ABŞ Energetika Nazirliyi ölkənin strateji ehtiyatından 20 milyon barel neft satacaq.
“Report” xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, satışdan əldə olunan vəsait maliyyə ilinin sonuna qədər ABŞ xəzinədarlığına köçürüləcək. Hərrac 31 avqust və 13 sentyabr tarixlərində keçiriləcək.
ABŞ-ın strateji neft rezervi dünyanın ən böyük neft ehtiyatıdır. Hazırda onun həcmi təxminən 624 milyon bareldir.