Abşeronda 16 min abunəçinin qazı kəsilib

Abşeronda 16 min abunəçinin qazı kəsilib Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.
Energetika
30 Mart , 2022 12:11
Abşeronda 16 min abunəçinin qazı kəsilib

Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.

Bu barədə "Report"a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır. Odur ki, "mavi yanacaq" təchizatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi