Ağ Ev neft qiymətlərinin artması və ABŞ istehlakçılarına təsirindən narahatdır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Cen Psaki bununla bağlı brifinqdə bildirib:
“Bizim qənaətimizcə, dünyada neft hasilatı üçün istehsal gücü kifayət qədərdir”.
Ağ Ev rəsmisi həmçinin prezident Co Baydenin benzin vergisinin artırılmasına qarşı çıxarkən istehlakçıları düşündüyünü də deyib.
Hazırda ABŞ-da hasilatın həcmi sutkada 11 milyon bareldir. Ötən ilin yanvar ayında isə bu rəqəm 13 milyon barelə çatmışdı.