“Trans-Adriatik” (TAP) qaz boru kəməri Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu “Twitter” hesabında bildirib:
“Əhəmiyyətli dərəcədə hazır olan TAP ilə Avropanın enerji təhlükəsizliyi irəli aparıldı. TAP kəməri Yunanıstan sərhədindən tutmuş İtaliyadakı terminallaradək təbii qazla doldurulub”.
Bununla yanaşı, Yunanıstandakı səfir Cefri Pyat tərəfindən dəyərləndirmə açıqlanıb: “TAP kəmərini Cənubi Avropada enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi istiqamətində daha böyük nailiyyət münasibətilə təbrik edirəm”.