Aİ komissarı: “Avropa və Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması məsələsində yekdildir”

Aİ komissarı: “Avropa və Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması məsələsində yekdildir” “Cənub Qaz Dəhlizi Məşvərət Şurası Avropa və Azərbaycanın enerji təhlükəsizliyinin və sabitliyin təmin edilməsi istiqamətində səylərində yekdil olduğunu göstərmək üçün fürsətdir”.
Energetika
3 Fevral , 2023 13:16
Aİ komissarı: “Avropa və Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması məsələsində yekdildir”

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası Avropa və Azərbaycanın enerji təhlükəsizliyinin və sabitliyin təmin edilməsi istiqamətində səylərində yekdil olduğunu göstərmək üçün fürsətdir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson tviterdə yazıb.

“Biz həmçinin bərpa olunan enerji və qarşılıqlı əlaqələrə əsaslanan uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsasını qoyuruq”, - o qeyd edib.

Aİ komissarı Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu iclasını açmağın onun üçün böyük şərəf olduğunu bildirib.

Onun sözlərinə görə, bugünkü görüş enerji bazarlarının qlobal transformasiyası fonunda keçirilir və bu iclasda enerji təhlükəsizliyi diqqət mərkəzindədir: “Avropa ilə Azərbaycan arasında enerji sahəsində çox güclü əlaqələr var və bu əlaqələr son bir ildə daha da güclənib”.

Xatırladaq ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir.

Son xəbərlər

Orphus sistemi