Aİ Rusiyaya qarşı neft embarqosunu müzakirə edəcək

Aİ Rusiyaya qarşı neft embarqosunu müzakirə edəcək Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin bu gün Lüksemburqda keçiriləcək görüşündə Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı neft embarqosu müzakirə ediləcək.
Energetika
11 Aprel , 2022 13:15
Aİ Rusiyaya qarşı neft embarqosunu müzakirə edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin bu gün Lüksemburqda keçiriləcək görüşündə Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı neft embarqosu müzakirə ediləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

“Hərbi vəziyyəti, müstəqil Ukraynanın bundan sonra da mövcud olması üçün Ukrayna ordusuna və hökumətinə necə kömək edə biləcəyimizi təhlil edəcəyik. Şübhəsiz ki, Rusiyaya qarşı mümkün neft embarqosunun tətbiqini də nəzərdən keçirəcəyik”, - nazir deyib.

İspaniyanın XİN başçısı açıqlamasında əsas diqqəti enerji strukturu ənənəvi olaraq Rusiya ilə bağlı olan ayrı-ayrı ölkələrdə sabitliyin pozulmamasının zəruriliyinə yönəldib.

Son xəbərlər

Orphus sistemi