Almaniya enerji şirkətləri üçün yeni yardım paketi hazırlayır

Almaniya enerji şirkətləri üçün yeni yardım paketi hazırlayır Mövcud enerji böhranı dərinləşdikcə, Almaniya hökuməti enerji şirkətləri üçün, təqribən, 67 milyard avro dəyərində yeni yardım paketi hazırlayır.
Energetika
13 Sentyabr , 2022 12:31
Almaniya enerji şirkətləri üçün yeni yardım paketi hazırlayır

Mövcud enerji böhranı dərinləşdikcə, Almaniya hökuməti enerji şirkətləri üçün, təqribən, 67 milyard avro dəyərində yeni yardım paketi hazırlayır.

“Report” xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Almaniya enerji şirkətlərinin likvidliyinə zəmanət vermək və dəstək vermək üçün dövlət bank qrupu – “KfW”nin imkanlarını artırmağı planlaşdırır: “Söhbət, təqribən, 67 milyard avro məbləğində kreditin verilməsindən gedir. Almaniya Maliyyə Nazirliyi koronavirus pandemiyası zamanı İqtisadi Sabitləşmə Fonduna verilən kredit səlahiyyətlərindən istifadə etmək niyyətindədir. İndi bu fond imkanları “KfW”ni dəstəkləmək üçün istifadə olunacaq”.

Son xəbərlər

Orphus sistemi