Almaniya kansleri İraqın Baş naziri ilə qaz tədarükü imkanlarını müzakirə edib

Almaniya kansleri İraqın Baş naziri ilə qaz tədarükü imkanlarını müzakirə edib Almaniya kansleri Olaf Şolts və İraqın Baş naziri Məhəmməd əl-Sudani Berlində keçirilən görüşdə təbii qaz tədarükü imkanlarını müzakirə ediblər.
Energetika
13 Yanvar , 2023 18:00
Almaniya kansleri İraqın Baş naziri ilə qaz tədarükü imkanlarını müzakirə edib

Almaniya kansleri Olaf Şolts və İraqın Baş naziri Məhəmməd əl-Sudani Berlində keçirilən görüşdə təbii qaz tədarükü imkanlarını müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə O.Şolts danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Almaniyaya mümkün qaz tədarükü barədə də danışdıq. Bu məsələ ilə bağlı intensiv əlaqə saxlamağa razılaşdıq”, - o əlavə edib.

Xatırladaq ki, Almaniya “Şimal axını”nda baş vermiş partlayışdan sonra Rusiyadan boru kəməri vasitəsilə təbii qaz almır. Nəticədə Almaniya mayeləşdirilmiş təbii qaz təchizatından asılıdır, yeni təchizatçılar axtarır və LNG terminalları tikir.

Son xəbərlər

Orphus sistemi